MƏDƏNİYYƏT

İçərişəhərdəki bütün muzeylər bağlandı

Nazirlər Kabineti yanında operativ qərargahın bəzi izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən bütün muzeylərin fəaliyyəti 14 mart tarixindən müvəqqəti olaraq dayandırılır.
Sputnik

BAKI, 14 mart — Sputnik. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindəki muzeylərin fəaliyyəti dayandırılır. Bu barədə Sputnik Azərbaycan-a idarənin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın 13 mart tarixli bəzi izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən İdarənin strukturuna daxil olan bütün muzeylərin fəaliyyəti 14 mart tarixindən müvəqqəti olaraq dayandırılır.