BAKI, 14 mart — Sputnik. Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq.
Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Həmin dövlət strukturları aşağıdakılardır:
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
- Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
- Azərbaycan Respublikasının Baş Prokurorluğu
- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
- Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
- Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
- Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
- Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
- Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
- Azərbaycan Respublikasının Mərkəzi Bankı
- “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
- “Azəriqaz” İstehsalat Birliyi
- “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
- SOCAR Qapalı Səhmdar Cəmiyyəti
- “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyət
Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.