MƏDƏNİYYƏT

Əfsanəvi kinostudiya film istehsalını dayandırdı

Bir müddət öncə şirkət Paris və ABŞ-ın Florida ştatında yerləşən "Disney World" və "Disneyland" parkının bağlanması xəbərini vermişdi
Sputnik

BAKI, 14 mart — Sputnik. “Disney” şirkəti koronavirusa görə film istehsalını dayandırmaq qərarına gəlib. Sputnik Azərbaycan  xəbər verir ki, bu haqda "CNBC" televiziyası məlumat yayıb.

İndiyə qədər çəkiliş meydançasında sözügedən virusun yayılma halı qeydə alınmayıb. Şirkətin bu addımı atmaqda məqsədi çəkiliş qruplarının təhlükəsizliyini təmin etməkdir. Məlumatda həmçinin qeyd olunur ki, "Rusaloçka", "Evdə tək" və "Piter Pen " filmlərinin çəkilişləri dayandırılıb.

Xatırladaq ki, bir müddət öncə şirkət Paris və ABŞ-ın Florida ştatında yerləşən "Disney World" və "Disneyland" parkının bağlanması xəbərini vermişdi.