BAKI, 14 mart — Sputnik. Çin yeni növ koronavirus epidemiyası ilə mübarizədə İrana yardım göstərməyə davam etməyə hazırdır.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bunu Çinin sədri Si Cin Pin İran Prezidenti Həsən Ruhaniyə göndərdiyi teleqramda bildirib.
“İran hökuməti və xalqı epidemiya ilə mübarizədə Çinə dürüst dostcasına yardım etdi. İrana yardım etmək məqsədilə Çin tərəfi epidemiya əleyhinə vasitələr və ixtisaslı ekspertlər göndərib”, - deyə teleqramda bildirilir.
O vurğulayıb ki, Çin tərəfi koronavirus epidemiyası ilə mübarizədə İranla əməkdaşlığı hərtərəfli şəkildə möhkəmləndirməyə hazırdır.