SƏHİYYƏ

Azərbaycan maska istehsalına başlayır

“Növbəti həftələrdə ölkəmizdə irihəcmli tibbi maskaların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq. Bununla bağlı avadanlıq alınıb və ölkəmizə gətirilib”, - deyə M.Cabbarov vurğulayıb.
Sputnik

BAKI, 14 mart — Sputnik. Azərbaycanda tibbi maska müəssisəsi fəaliyyətə başlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələ haqqında danışarkən deyib.

“Tibbi maskalara gəldikdə, bununla bağlı addımlar atılır. Növbəti həftələrdə ölkəmizdə irihəcmli tibbi maskaların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq. Bununla bağlı avadanlıq alınıb və ölkəmizə gətirilib”, - deyə M.Cabbarov vurğulayıb.