CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toy etmək üçün cəmi iki gün vaxtınız var

Restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir
Sputnik

BAKI, 13 mart — Sputnik. Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir.

Sputnik Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadla bildirir ki, 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisnadır.

Eləcə də dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur.

Restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.

Restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;

Saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır.

Qərarla həmçinin ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir.