CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəmizdəki vəziyyət pandemiya vəziyyəti deyil - İbrahim Məmmədov

"Əlverişli vəziyyəti qoruyub saxlamaq, qarşısını almaq üçün yeni qaydalar hazırlanıb. Bəzi məsələlərlə bağlı qadağalar var"
Sputnik

BAKI, 13 mart — Sputnik. Dünya ölkələrində koronavirus pandemiya elan olunsa da, bizim ölkəmizdəki vəziyyət pandemiya vəziyyəti deyil.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, ÜST-ün cədvəlində də Azərbaycan digər ölkələrdə olan vəziyyətlə nisbətdə ən yaxşı və əlverişlilər siyahısındadır: "Əlverişli vəziyyəti qoruyub saxlamaq, qarşısını almaq üçün yeni qaydalar hazırlanıb. Bəzi məsələlərlə bağlı qadağalar var. Ölkədə bir çox kütləvi tədbirlər qadağan olunub".