CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərdə tətil uzana bilər

İbrahim Məmmədovun sözlərinə görə, vaxt uzadıla da bilər: "Amma bu həmin o zamana yaxın vaxtlarda müzakirə oluna bilər"
Sputnik

BAKI, 13 mart — Sputnik. "Məktəblər ayın 27-dək dayandırılıb. Ola bilsin, həmin vaxta bir neçə gün qalmış vəziyyət dəyərləndirilsin və yeni qərar qəbul edilsin".

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, vaxt uzadıla da bilər: "Amma bu həmin o zamana yaxın vaxtlarda müzakirə oluna bilər". Xatırladaq ki, Azərbaycanda məktəblər martın 2-dən 10-dək bağlanıb. Sonradan isə bu vaxt martın 20-dək uzadılıb. Bayram günləri ilə əlaqədar isə dərslərin açılması martın 27-nə plaşdırılır.  

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah bir ay müddətində kütləvi tədbirlərin təxirə salınmasını qərara alıb. Qadağalar 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq.