İranda koronavirusdan ölənlərin sayı 500-ü keçdi

İranda koronavirusdan ölənlərin sayı 500-ü keçdi İranda koronavirusdan ölənlərin sayı 500-ü keçdi İranda koronavirusdan ölənlərin sayı 500-ü keçdi
Sputnik

BAKI, 13 mart — Sputnik. İranda koronavirusdan ölənlərin sayı bir gün ərzində 1289 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib.

"Son 24 saat ərzində koronavirusa 1289 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 11354-ə çatıb. Bir gün ərzində 85 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 514-ə çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 11354 şəxsdən 3529-u sağalıb.