CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşağa üç yaşadək qulluğa görə aylıq müavinət verilir

Bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə 28 manat miqdarında müəyyən edilib
Sputnik

BAKI, 13 mart — Sputnik. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

O bildirib ki, bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə 28 manat miqdarında müəyyən edilib. Üç yaşınadək uşağa qulluğa görə aylıq müavinətin təyin edilməsinə görə bir sıra sənədlər tələb olunur. Buraya uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmri, müavinət təyin edən komissiyanın protokolu, uşağın doğum haqqında şəhadətnaməsi daxildir.