SƏHİYYƏ

ÜST: Koronavirus artıq dünyanın 127 ölkəsində var

Koronavirusa yoluxanlardan 70 387 nəfər sağalıb ki, onlardan 1300 nəfəri yeni sağalanlardır. Bu ana qədər xəstəlikdən ölənlərin sayı 4083 nəfərdir.
Sputnik

BAKI, 13 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, martın 13-ə olan məlumata əsasən, 127 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Ümumi yoluxanların sayı 134 768, yeni yoluxanların sayı 102 nəfərdir.

Bu ana qədər xəstəlikdən ölənlərin sayı 4083 nəfərdir. Onlardan 8-i yeni ölüm faktıdır. Koronavirusa yoluxanlardan 70 387 nəfər sağalıb ki, onlardan 1300 nəfəri yeni sağalanlardır.