Milli Məclis yaz aylarında bu işləri görəcək

“Reproduktiv sağlamlıq haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihələrinə və digərlərinə baxılacaq.
Sputnik

BAKI, 13 mart - Sputnik, Xalid Məmmədov. Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, yaz sessiyasında “Lombardlar haqqında”, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Ali təhsil haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihələrinə və digərlərinə baxılacaq.