Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 12 mart — Sputnik. Ötən gün Zaqatala rayonunun Qalal kəndi ərazisində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın bu gün səhər saatlarında söndürülüb.
Sputnik Azərbaycan bildirir ki, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri cəlb edilib. FHN-in yaydığı məlumata görə, Zaqatala rayonunun Qalal kəndi yaxınlığında, dağlıq ərazidə 10 ha sahədə kol-kos, ağac və qurumuş ağac kötükləri yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər tərəfindən söndürülüb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verməsi hələlik bəlli deyil.