Tramp Avropadan gələnlərə qadağa qoydu

ABŞ Prezidenti vurğulayıb ki, qadağa ticarətə təsir etməyəcək: "Bu məhdudiyyətlər ticarətə deyil, insanlara aiddir"
Sputnik

 

BAKI, 12 mart — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Böyük Britaniya istisna olmaqla, Avropa ölkələrindən Amerikaya girişi qadağan edib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, 30 günlük qadağa martın 13-ü gecə yarısından tətbiq olunacaq.

ABŞ Prezidenti vurğulayıb ki, qadağa ticarətə təsir etməyəcək: "Bu məhdudiyyətlər ticarətə deyil, insanlara aiddir". Tramp qeyd edib ki, Avropa İttifaqı epidemiyanın qarşısının alınmasının öhdəsindən gələ bilməyib.