Ərdoğandan Əsədə sərt xəbərdarlıq – Diqqətlə izləyirik

"Müşahidə məntəqələrimizə ən kiçik hücum olacağı təqdirdə biz cavab verəcəyik. Bizim cavabımız güclü olacaq", - deyə Ərdoğan vurğulayıb.
Sputnik

BAKI, 12 mart — Sputnik. Dəməşq Türkiyənin İdlibdəki mövqelərinə hücum etməyə davam edərsə Əsəd rejiminə zərbələr endiriləcək. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Müşahidə məntəqələrimizə ən kiçik hücum olacağı təqdirdə biz cavab verəcəyik. Bizim cavabımız güclü olacaq", - deyə Ərdoğan vurğulayıb.

O əlavə edib ki, Türkiyə rejimin atəşkəs rejiminə riayət etməsini diqqətlə izləyir.