İranda koronavirusa yoluxanların sayı 10 mini keçdi

Bir gün ərzində 75 nəfər virusdan ölüb, bununla da İranda koronavirusdan ölənlərin sayı 429-ə çatıb. Virusa yoluxan 10 075 şəxsdən 3276-sı sağalıb.
Sputnik

BAKI, 12 mart — Sputnik. İranda koronavirusdan ölənlərin sayı bir gün ərzində 1075 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib.

"Son 24 saat ərzində koronavirusa 1075 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 10075 minə çatıb. Bir gün ərzində 75 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 429-ə çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 10 075 şəxsdən 3276-sı sağalıb.