CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranla sərhəd daha iki həftə bağlı qalacaq – Qərar verildi

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qərar ÜST-nin koronavirus infeksiyasını (COVİD-19) qlobal pandemiya elan etməsi nəzərə alınaraq verilib
Sputnik

BAKI, 12 mart — Sputnik. İslam Respublikası ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilmiş İran İslam Respublikası ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.