CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksilərə nəzarət gücləndirilib: Dezinfeksiya işləri gedir

Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə sürücülər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunublar
Sputnik

BAKI, 12 mart — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus "COVİD-19" infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir.

Sputnik Azərbaycan-a Nazirlikdən daxil olan məlumatda bildirilir ki, nazirliyin tabeliyində "Bakı Taksi Xidməti" MMC-nin paytaxtda xidmət göstərən avtomobil vasitələrinin gündəlik dezinfeksiya edilməsi təmin olunur. Zəruri profilaktik işlər mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Taksilərə nəzarət gücləndirilib: Dezinfeksiya işləri gedir

Xidmətə məxsus bütün taksilər növbəli şəkildə dezinfeksiya olunur.

Qeyd edək ki, səhər növbəsində olan avtomobillərdə gecə, gecə növbəsində olan avtomobillərdə isə səhər saatlarında dezinfeksiya işləri həyata keçirilir.

Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə sürücülər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunublar.