BAKI, 12 mart — Sputnik. Böyük Britaniya xəzinəsinin baş katibi Rişi Sunakın qovluğu xəbər buraxılışının efirində rəngini dəyişib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, sözügedən çarx Sky News-un efirində yayımlanıb.
Kadrlardan da göründüyü kimi, siyasətçi binadan sağ əlində tutduğu qırmızı rəngli qovluqla çıxır. Bir neçə saniyə ərzində o, həyətdəki parklanmış avtomobilin yanından keçir. Avtomobili ötəndən sonra siyasətçinin əlindəki qovluq kameraların obyektivinə yaşıl rəngdə yansıyır. Bu videonun hamısı eyni kadrda çəkilib.
Hadisədən bir qədər sonra isə Sky News-da siyasətçinin Dauninq-Stritdəki binadan çıxarkən həmkarları ilə bir sırada dayandığı və jurnalistlərə həmin qırmızı qovluğu nümayiş etdirdiyi kadrlar peyda olub.
Rişi Sunak Britaniyanın Mühafizəkarlar Partiyasının siyasətçisidir. 39 yaşlı Hindistan əsilli Sunak 2020-ci ilin fevralından Britaniya xəzinəsinin kansleridir. O, bu vəzifəyə sələfi Sacid Cavid hökumətdə vəzifəsini dəyişəndən sonra təyin edilib.