CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bahar Muradova vəzifəyə təyin olundu

Bahar Muradova Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub
Sputnik

BAKI, 12 mart — Sputnik. Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Sputnik Azərbaycan bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, Bahar Muradova Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.