BAKI, 12 mart — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə mart ayının 9-da rayonun Nügədiqazmalar və martın 10-da Yuxarı Tüləkəran kəndləri ərazilərində ehtiyatsızlıqdan meşə və quru otlaq, eləcə də bağ sahələrinin yanmasına səbəb olan iki rayon sakini, Hikmət Mirzəyev və Firudin Pənahəliyev saxlanılıblar.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, həmin hadisə qanuna müvafiq araşdırılır.
Yanğın törətdikləri bəs deyil, hələ bir...
© AR Ministry of Internal Affairs
Dindirilmə zamanı hər iki şəxs ehtiyatsızlıqdan törətdikəri yanğına görə peşman olduqlarını bildirərək, vətəndaşlara əkin və bağ sahələrində təmizlik işləri aparan zaman ehtiyatlı olmağı və təmizlədikləri quru otları ərazilərdə yandırmamağı məsləhət biliblər.