SƏHİYYƏ

TƏBİB-dən 14 gün açıqlaması

Qaydalara əsasən, ölkə xaricindən gələnlər 14 günü ev şəraitində keçirməlidirlər. Olduqları məkan tez-tez havalandırılmalı, mümkün qədər az insanla təmasda olunmalıdır
Sputnik

BAKI, 11 mart — Sputnik. TƏBİB Azərbaycana gələnlər üçün "14 gün" qaydasının detallarını açıqlayıb.

Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumata görə, vətəndaşlardan həmin qaydalara riayət etmələri tələb olunur. Qaydalara əsasən, ölkə xaricindən gələnlər 14 günü ev şəraitində keçirməlidirlər. Olduqları məkan tez-tez havalandırılmalı, mümkün qədər az insanla təmasda olunmalıdır.

Bundan başqa, yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalıdır. Əllər sabunla tez-tez yuyulmalı, eləcə də evdən çıxanda mütləq maska taxılmalıdır. Eyni zamanda soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edilməlidir.