CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cərimədən qurtulun – Tullantı sularınızın zərərlilik dərəcəsini öyrənə biləcəksiniz...

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması məqsədilə Səyyar Laboratoriya fəaliyyət göstərir
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin məlumatına əsasən Qaradağ rayonu ərazisində Xəzəri ən çox çirkləndirən axarlar Sahil və Xocəsən qəsəbələrində formalaşır. 

Kürü təmizləyirlər: "Qohumlarınızla danışın"
Bu ərazilərdəki müəssisə və yaşayış massivlərində formalaşan tullantı sular "Azərsu"nun Təmizləyici Qurğularının istismara yararsız vəziyyətdə olması səbəbindən təmizlənmədən dənizə axıdılır.

Eyni zamanda müəyyən edilib ki, Xəzəri digər tərəfdən çirkləndirən axarlar Suraxanı rayonu ərazisində formalaşır.

Sabunçu rayonunun Balaxanı, Sabunçu, Zabrat-1, Zabrat-2, Ramana və Yeni Ramana qəsəbələrində formalaşan tullantı sular isə Hövsan kanalı vasitəsilə birbaşa sahil zolağına, oradan da dənizə axıdılır.

Məlumata görə, hər gün təqribən 140 min kubmetr təmizlənməmiş tullantı sular dənizə axıdılır.

Xəzəri ən çox bu qəsəbələr çirkləndirir - Siyahı açıqlandı

İdarə artıq tullantı sularının təmizlənməsi ilə bağlı sahibkarlara xəbərdarlıq edib.

Cərimədən qurtulun – Tullantı sularınızın zərərlilik dərəcəsini öyrənə biləcəksiniz...

Elə bu məqsədlə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin nəzdində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması məqsədilə Səyyar Laboratoriya fəaliyyət göstərir.

İdarənin İnformasiya sektorunun müdiri Tariyel Şıxbalayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu laboratoriya vasitəsilə fövqəladə hallar zamanı və qaynar xətlə daxil olan müraciətlər əsasında monitorinqlər keçirilir: "Monitorinqlər zamanı götürülmüş su nümunələri üzərində fiziki-kimyəvi və bioloji çirkləndiricilər üzrə yerində və operativ təhlillər aparılır. Eyni zamanda Səyyar Laboratoriyanın fiziki və hüquqi şəxslərin müraciətləri əsasında fəaliyyət göstərməsi də nəzərdə tutulub".

Onun sözlərinə görə, hazırda bir Səyyar Laboratoriya fəaliyyət göstərir.

Cərimədən qurtulun – Tullantı sularınızın zərərlilik dərəcəsini öyrənə biləcəksiniz...

"Analizlərin götürülməsi müqavilələr əsasında həyata keçiriləcək. Sahibkarlıq subyektləri fəaliyyətləri zamanı formalaşan tullantı suların zərərlilik dərəcəsini öyrənərək ətraf mühitin qorunmasında fəal iştirak etmiş olacaqlar", – deyə o bildirib.