BAKI, 11 mart — Sputnik. Rusiya Dövlət Duması üçüncü oxunuşda Konstitusiyaya dəyişikliklərin edilməsi barədə qanun layihəsini qəbul edib.
Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumat Dumanın aşağı palatasının saytında yerləşdirilib.
Bundan sonra Rusiya Konstitusiyasına dəyişikliklərin edilməsinə dair qanun Federasiya Şurasında təsdiqlənməlidir. Şuranın qanunu bu gün təsdiq edəcəyi gözlənilir.