RUSİYA

Çinli uşaqların başını rus ayısı ilə qatacaqlar

12 mart tarixindən birinci və ikinci mövsüm hissələri yayımlanacaq seriala çinlilər "CCTV" şirkətlər qrupunun nəzdində olan "CCTV14"də baxa biləcəklər.
Sputnik

BAKI, 11 mart — Sputnik. Çin mərkəzi televiziyasında "Maşa və ayı" animasiya serialı nümayiş olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, "Animaccord" şirkətinin istehsalı olan serial 12 mart tarixindən təqdim olunacaq.

"Maşa və ayı" hazırkı vaxta qədər 39 dilə tərcümə olunaraq 150 ölkədə yayımlanıb. Ötən ilin yayında serialın 4-cü mövsüm üçün nəzərdə tutulan "Maşanın nəğmələri" animasiya serialı hazırlanıb. 12 mart tarixindən birinci və ikinci mövsüm hissələri yayımlanacaq seriala çinlilər "CCTV" şirkətlər qrupunun nəzdində olan "CCTV14"də baxa biləcək.

Qeyd edək ki, ilk nümayişi 2009-cu ildə baş tutmuş "Maşa və ayı" animasiya serialı Avropada populyarlığına görə ilk beşlikdə yer alıb.