İQTİSADİYYAT

Cəmiyyətin dollar ajiotajı nədən qaynaqlanır – ekspert danışır

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyir ki, Azərbaycan iqtisadiyyatının vəziyyəti əvvəlki dövrlərdən fərqlənir
Sputnik

“Cəmiyyət iqtisadiyyatda gedən proseslərə ajiotajla yanaşır”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində keçirilən tədbirdə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.

Ruslan Atakişiyev bildirib ki, vəziyyətə bu cür yanaşmanın da obyektiv səbəbləri var:

“2015-ci ildə yaşanan iki devalvasiya insanlarda neftin qiymətinin düşməsi ilə bu streotipin yenidən meydana çıxmasına şərait yaradır. Bu gün Azərbaycan iqtisadiyyatının vəziyyəti əvvəlki dövrlərdən fərqlənir və daha dayanıqlıdır. Hökumətin yaranan şoklara qarşı reaksiyası əvvəlkilərlə müqayisədə daha yüksəkdir. Hökumət ölkədə proqnozlaşdırılan məzənnənin olmasında maraqlıdır. Dövlət büdcəsi hazırlanan zaman və büdcəyə əlavə olan sənədlərdə də növbəti iki-üç il ərzində milli valyutanın hazırki səviyyədə saxlanması prioritet kimi təsbit olunub”.

Ruslan Atakişiyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz