Koronavirus qoymadı – ABŞ-Azərbaycan görüşü təxirə salındı

Qərar ABŞ-ın Azərbaycandakı və Gürcüstandakı səfirlikləri və ABŞ-ın Türkiyədəki Ticarət Xidməti ilə sıx məsləhətləşmələr nəticəsində qəbul edilib.
Sputnik

BAKI, 11 mart — Sputnik. ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ-Gürcüstan İş Şurası (AGBC) koronavirusun (Covid 19) yayılmasını nəzərə alaraq Azərbaycan və Gürcüstanla birgə aprelin 5-10-da keçirilməsi planlaşdırılan "Sertifikatlaşdırılmış Ticarət Missiyası"nı təxirə salıb.

Bu barədə Sputnik Azərbaycan ABŞ-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, biz hadisələrin inkişafını yaxından izləyirik və korporativ iştirakçılarımızın və bölgədəki regional tərəfdaşlarımızın təhlükəsizliyinə əmin olduğumuzda tədbirin keçirilmə tarixini açıqlayacağıq. Qərar ABŞ-ın Azərbaycandakı və Gürcüstandakı səfirlikləri və ABŞ-ın Türkiyədəki Ticarət Xidməti ilə sıx məsləhətləşmələr nəticəsində qəbul edilib.