SƏHİYYƏ

ÜST SOS verdi – Pandemiya təhlükəsi realdır

Qebreyesus eyni zamanda onu da qeyd edib ki, bu, bəşər tarixində nəzarət altına almaq mümkün olan ilk pandemiya ola bilər
Sputnik

BAKI, 10 mart — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adxanom Qebreyesus yeni koronavirus pandemiyası təhlükəsinin real olduğunu bildirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, o, bu barədə bazar ertəsi keçirdiyi brifinqdə bildirib.

Qebreyesus eyni zamanda onu da qeyd edib ki, bu, bəşər tarixində nəzarət altına almaq mümkün olan ilk pandemiya ola bilər. Onun sözlərinə görə, ilkin mərhələdə atılan addımlar koronovirusun yayılmasını yavaşıdacaq.

ÜST xəstəliyin yayılmasını beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.

Son məlumatlara görə, dünyada 113 min 579 nəfər xəstəliyə yoluxub, 3 min 996 nəfər virusdan ölüb. 62 mindən çox adam sağalıb.