BAKI, 10 mart — Sputnik. Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçilib. 116 səs lehinə olmaqla isə Sahibə Qafarova Milli Məclisin sədri seçilib.
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.