CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin yeni Sədri seçildi

İclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib, gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub
Sputnik

BAKI, 10 mart — Sputnik. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, iclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim etdi.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olundu.

Qeyd edildi ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirdi.

Sonra səsvermə oldu və 116 səs lehinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçildi.