BAKI, 10 mart — Sputnik. Vladimir Putin bildirib ki, Rusiya İkinci Dünya Müharibəsi illərində SSRİ-nin Hitler Almaniyasına cavab verdiyi kimi, istənilən təcavüzkara cavab verməyə hazırdır.
Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
O vurğulayıb ki, Böyük Vətən Müharibəsi zamanı Sovet İttifaqı faşistlər tərəfindən dəhşətli və bağışlanması mümkün olmayan hücuma məruz qalıb.
Rusiya Prezidenti xatırladıb ki, Sovet İttifaqı həmin vaxt 27 milyon insan itirib.
"Əgər kimsə belə bir şey etməyə cəsarət etsə, onda biz təkrarlayacağıq", - deyə Putin vurğulayıb.
O həmçinin əlavə edib ki, Moskva heç vaxt hadisələrin bu cür inkişafına cəhd etməyib.