İQTİSADİYYAT

Nağd valyuta ilə bağlı hesabat verildi

Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Sputnik

BAKI, 10 mart — Sputnik. 10 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş valyuta hərracında 323,2 mln. ABŞ dolları məbləğində təşkil etmiş tələb tam şəkildə təmin edilib. Bu barədə Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib.

Eyni zamanda, bankların nağd valyutaya olan tələbləri də tam təmin olunub.

Qeyd edək ki, 10 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.