RUSİYA

Biz hazır idik – Rusiya neft ssenarisini hazırladığını etiraf etdi

Nazir bununla da Rusiya tərəfinin Vyanada danışıqlar zamanı təkliflə çıxış etdiyi və neft müqaviləsinin pozulması ilə bağlı planının olduğu barədə qeyri-rəsmi məlumatları təsdiq edib
Sputnik

BAKI, 9 mart — Sputnik. “Rusiya həqiqətən də OPEC+ razılaşmasından çıxmaq ssenarisini hazırlayırdı”. Sputnik Azərbaycan Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu energetika naziri Aleksandr Novak Nazirlər Kabinetinin iclasında bildirib.

Biz hazır idik – Rusiya neft ssenarisini hazırladığını etiraf etdi

Novakın sözlərinə görə, OPEC+ ölkələrinin martda keçirilən iclasında Moskva neft hasilatının hazırkı şərtlər daxilində azaldılması barədə razılaşmanın ən azı bu ilin ikinci kvartalına qədər saxlanılması təklifi ilə çıxış edib. Bu təklif koronavirusun dünya iqtisadiyyatına və neftə olan tələbata necə təsir göstərəcəyini anlamaq üçün irəli sürülüb.

Nazir bununla da Rusiya tərəfinin Vyanada danışıqlar zamanı təkliflə çıxış etdiyi və neft müqaviləsinin pozulması ilə bağlı planının olduğu barədə qeyri-rəsmi məlumatları təsdiq edib.

Novak qeyd edib ki, neft bazarındakı hazırkı vəziyyət proqnozlaşdırılmış çərçivədədir.

Bundan əvvəl Maliyyə naziri Anton Siluanov bildirib ki, əllərindəki maliyyə resursları dövlətə vətəndaşlar qarşısında bütün sosial öhdəlikləri yerinə yetirməyə imkan verir.