“Çində yayılmış koronavirus dünyada daxili turizmin inkişafına müsbət təsir edə bilər. Çünki bu virusa görə dünyada insanlar ölkələrindən çıxmağa çəkinirlər”. Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, koronavirusun yayılmasının turizmə mənfi təsirləri var:
“Turizm həssas bir sahədir və baş verən hər hansı siyasi, iqtisadi və ya belə fövqəladə hadisələrə tez reaksiya verir. Keçən il Çin ilə bağlanmış müqaviləyə əsasən, ölkəmizə iki yüz min turistin gəlməsi planlaşdırılmışdı. Xəstəliyin genişlənməsi bu planın reallaşmasını sual altında qoyur. Hazırda bron edilmiş yerlərdən imtina edilir. Azərbaycanın daxilində geniş turizm imkanları var. Virusun miqyasının genişlənməsinə görə Azərbaycan turistləri daha çox daxili turizm imkanlarından istifadə edəcəklər”.
Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz