BAKI, 8 mart — Sputnik. ABŞ-ın sabiq Prezidenti Bill Klinton Monika Levinski ilə eşq münasibətləri "bağışlanmaz səhv" adlandırıb. Sputnik Azərbaycan "Metro" nəşrinə istinadən xəbər verir ki, Klinton bu barədə həyat yoldaşı Hillari Klinton haqqında çəkilmiş sənədli filmdə danışıb.
Siyasətçi izah edib ki, 22 yaşlı qızla eşq macərası onun üçün başını işdən ayırmağın bir yolu olub. Klintonun sözlərinə görə, ABŞ prezidentinin işi "30-cu raunda qədər uzanmış 15 raundluq bir döyüşdür".
O, Levinski ilə əlaqələrinin illər ərzində öz problemlərini həll etmək üçün etdiyi hərəkətlərdən biri olduğunu əlavə edib.
Demokratlar partiyasından ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klintonun sözlərinə görə, ərinin xəyanəti onun üçün güclü zərbə olub. "Bu mənim üçün çox ağrılı idi, mən sadəcə onun mənə yalan dediyinə inana bilmirdim", – Hillari Klinton deyib.