CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmilər bayram münasibətilə yaşı 100-ü keçmiş anaları ziyarət ediblər

Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev və Xoşqədəm Alıyeva, rayon Qadınlar Şurasının sədri Nuriyyə Hüseynova və digər rəsmilər iştirak ediblər.
Sputnik

BAKI, 7 mart - Sputnik. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il 100 yaşı tamam olmuş Qubadlı rayon Dəmirçilər kənd sakini Bayramova Ayna Əhməd qızı, 109 yaşlı Mahruzlu kənd sakini Abbasova Püstə Abış qızı, 107 yaşlı İşıqlı kənd sakini İsmayılova Telli Mehti qızı, 110 yaşlı Xəndək kənd sakini Quliyeva Simuzər Məmmədalı qızı, 110 yaşlı Tatar kənd sakini Əsədova Məsdan Xudaverdi qızı ilə evlərində görüş keçirilib.

Rəsmilər bayram münasibətilə yaşı 100-ü keçmiş anaları ziyarət ediblər

Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev və Xoşqədəm Alıyeva, rayon Qadınlar Şurasının sədri Nuriyyə Hüseynova və digər rəsmilər iştirak ediblər. Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur. Müstəqil dövlətimizin qayğısından bəhrələnən, məcburi köçkün ömrü yaşayan Qubadlı qadınları da bu gün öz missiyasını ləyaqətlə yerinə yetirir və ölkəmizdə aparılan siyasətin fəal müdafiəçiləridirlər. Ümummili Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğı mühüm bir istiqamət təşkil etmişdir. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firəvan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. Dövlət quruculuğumuzun bütün istiqamətlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edir. Öz xidmətləri ilə Azərbaycan qadınının, Azərbaycan xanımının obrazını canlandıran, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Sonra RİH-in başçısı adından həmin xanımlara gül dəstələri və hədiyyələr təqdim olunub.

Rəsmilər bayram münasibətilə yaşı 100-ü keçmiş anaları ziyarət ediblər

Sonda xanımlar cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə, eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.