HADİSƏ

Torpaq sürüşməsi insanın həyatına son qoydu

Torpaq sürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. A.Əlirzayev uçqun altında qalaraq ölüb.
Sputnik

BAKI, 7 mart — Sputnik. Martın 7-də Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yaşayış evi dağılıb.

"Report" xəbər verir ki, hadisə rayonun Çayrud kəndində qeydə alınıb.

Torpaq sürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. A.Əlirzayev uçqun altında qalaraq ölüb.

Ailənin daha iki üzvü isə xəsarət alıb.