CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus bu el şənliyinə də təsir etdi

Bu il Bakının teatr və digər mədəniyyət ocaqlarında uşaqlar üçün Novruz şənlikləri keçirilməyəcək. Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.
Sputnik

 

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 7 mart — Sputnik. Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb.

Beləliklə, bu il Bakının teatr və digər mədəniyyət ocaqlarında uşaqlar üçün Novruz şənlikləri keçirilməyəcək.

Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.