Mətbuat mərkəzi

“Standart var, mütəxəssis yoxdur” – Bizi yeni dərsliklər gözləyir

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində yeni dərslik və tədris vəsaitləri müzakirə edilib. Mütəxəssislərin ətraflı şərhlərini videomuzda izləyin.
Sputnik

Bu yaxınlarda Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydası"nı təsdiq edib. Bu gün keçirilən mətbuat konfransı məhz bu mövzuya həsr edilib. Müzakirədə naşir, metodik vəsaitlərin müəllifi Rafiq İsmayılov, Təhsil Nazirliyinin nəzdindəki İctimai Şuranın üzvü Elmina Kazımzadə və təhsil üzrə ekspert Kamran Əsədov iştirak ediblər.

Konfransın gedişatı ərzində mütəxəssislərin irəli sürdüyü əsas məqamlardan bəziləri Təhsil Nazirliyi tərəfindən təmin edilən dərsliyin kifayət etməməsi, standart və qaydaların olmasına baxmayaraq bu dərslikləri ərsəyə gətirə biləcək mütəxəssislərin az olması, bu sahədə məsləhətçilərin olmaması olub. Onların ətraflı rəylərini videomuzda izləyin.