CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Neftçi"dən xanımlara 8 Mart jesti

Martın 8-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sabah" oyunu saat 18:00-da başlayacaq. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımların stadiona girişi pulsuz olacaq
Sputnik

BAKI, 6 mart — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında "Neftçi"nin "Sabah" komandası ilə keçirəcəyi XX tur matçının biletləri satışa çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə fubol klubunun rəsmi səhifəsində məlumat yerləşdirilib, qeyd olunub ki, qiymətlər VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir.

Biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, martın 8-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sabah" oyunu saat 18:00-da başlayacaq. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımların stadiona girişi pulsuz olacaq.