BAKI, 6 mart — Sputnik. Məkkədə müsəlmanların əsas ibadət məkanı olan "Məscid-ül-Həram" boşaldılıb.
Sputnik Azərbaycan "Express"ə istinadən bildirir ki, buna səbəb Kəbənin yerləşdiyi "Məscid-ül-Həram"ın koronavirusa görə dezinfeksiya edilməsidir.
Məscid cümə axşamı axşam ibadətindən sonra bağlanıb. Bu gün məscid cümə namazından bir saat öncə açılıb. İbadətə isə ancaq məscidin içində icazə verilib.
Məscidin daxili həyəti tarixdə ilk dəfə olaraq boşalıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında beş nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. İlk belə hal isə burada martın 2-də qeydə alınıb.