CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bulvar virusdan arındı

Dezinfeksiya işlərini bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət həyata keçirir. İşlər qrafikə uyğun davam etdiriləcək.
Sputnik

BAKI, 6 mart — Sputnik. Dənizkənarı Bulvar İdarəsi Nazirlər Kabinetinin "Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı"nın icrasını təmin etmək məqsədilə profilaktik tədbirləri davam etdirir. Sputnik Azərbaycan xəbər verir ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri həyata keçirilib. Bulvar ərazisində yerləşən bütün inzibati binalar, yeməkxanalar, anbarlar və ofislər xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub.

Dezinfeksiya işlərini bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət həyata keçirir. İşlər qrafikə uyğun davam etdiriləcək.

Koronavirusla bağlı dezinfeksiya işləri ilə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin struktur qurumlarında əməkdaşlar arasında maarifləndirmə işləri də aparılır.