BAKI, 6 mart — Sputnik. Paytaxtın ictimai nəqliyyat sektorunda əks-epidemik tədbirlər davam edir. Bu çərçivədə müntəzəm marşrut xətt avtobusları ilə yanaşı, taksi minik avtomobilləri də dezinfeksiya olunur.
Sputnik Azərbaycan bildirir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məktub ünvanlayıb.
Diqqətə çatdırılıb ki, koronavirus (COVİD-19) xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması üçün taksi minik avtomobillərinin də dezinfeksiyası zəruridir.
Növbəti dezinfeksiya tədbiri “Salam Taksi” şirkətində təşkil olunub. Dezinfeksiya zamanı taksi minik avtomobillərinin salonu, yük hissəsi və xarici hissələri xüsusi dərman məhlulları ilə təmizlənib.