CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AzTV-də yeni kadr təyinatı - FOTO

Xalid Əliyev AzTV-nin yeni yaradılan Beynəlxalq müxbir postları və xarici xəbərlər studiyasının direktoru təyin olunub.
Sputnik

BAKI, 6 mart — Sputnik. "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı AzTV-nin sədri Rövşən Məmmədov əmr imzalayıblar.

AzTV-də yeni kadr təyinatı - FOTO

R.Məmmədovun əmrinə əsasən, Xalid Əliyev AzTV-nin yeni yaradılan Beynəlxalq müxbir postları və xarici xəbərlər studiyasının direktoru təyin olunub.

Qeyd edək ki, X.Əliyev bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və kommunikasiya departamentinin direktoru vəzifəsində çalışıb. O daha əvvəl uzun müddət "Lider" televiziyasında müxtəlif vəzifələrdə işləyib.