BAKI, 6 mart — Sputnik. Ankaranın sərhədləri açmaq barədə qərarından sonra Türkiyənin Avropa İttifaqı ilə sərhədini 142 mindən çox miqrant keçib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu öz "Twitter" səhifəsində yazıb.
"Saat 12:10-a olan məlumata görə, Ədirnədən keçərək ölkəmizi tərk edənlərin sayı 142175-ə çatıb", - deyə Soylu öz "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, Türkiyə İdlibdə vəziyyətin gərginləşməsindən sonra bəyan edib ki, miqrant və qaçqın axınlarının qarşısını ala bilmir və Avropa İttifaqı ilə sərhədləri açıb.