ABŞ səfirliyi önündə terror aktı – Yaralılar var

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub. Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib
Sputnik

BAKI, 6 mart — Sputnik. Terrorçu Birləşmiş Ştatların Tunisdəki səfirliyi qarşısında partlayış törədib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən, motosikletdə olan terrorçunun özünü partlatması nəticəsində 5 təhlükəsizlik orqanı əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub.

Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.