BAKI, 6 mart — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az portalı yeni sosial çarx hazırlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, ideya müəllifi İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov və nəqliyyat üzrə ekspert Elməddin Muradlıdır. Sosial çarxı Avtosfer.az-ın redaktoru Orxan Əli hazırlayıb.
"Hadisə, səbəb və nəticə" adlanan sosial çarxda piyadavurmalar, onları yaradan səbəblər və ağır nəticələri insanlara aşılanır.