SƏHİYYƏ

Azərbaycanda koronavirusa görə 500 nəfər karantində saxlanılır

İrandakı Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması ilə bağlı heç bir problem yoxdur - Yaqut Qarayeva
Sputnik

BAKI, 5 mart — Sputnik. "276 nəfər xüsusi dəhlizlə İran İslam Respublikasından Azərbaycana keçib".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə məlumat verilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçirilən brifinqdə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, həmin şəxslər Azərbaycana keçməzdən öncə dezinfeksiya tədbirləri aparılıb: "İrandakı vətəndaşlarımızın ölkəmizə keçməsi ilə bağlı heç bir problem yoxdur".

Azərbaycanda koronavirusa görə 500 nəfər karantində saxlanılır

Onun sözlərinə görə, hazırda karantində koronavirusa görə 500 nəfər nəzarətdə saxlanır.