Türkiyə qaçqınların Suriyaya qayıtmasına yardım edəcək

Ərdoğan: Dostum Putinlə təmaslarımızı davam etdirəcəyik, ölkələrimizin müvafiq qurumları da təmasda qalacaqlar.
Sputnik

BAKI, 5 mart - Sputnik. Türkiyə qaçqınların Suriyaya qayıtmasına yardım göstərməyə hazırdır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Bizim vəzifəmiz ondan ibarətdir ki, bu bölgədə humanitar vəziyyət daha da gərginləşməsin. Biz Suriyada ehtiyacı olan şəxslərə yardım edəcəyik. Həmçinin qaçqınların öz yaşayış yerlərinə qayıtmasının asanlaşmasını təmin edəcəyik", - Ərdoğan RF Prezidenti Vladimir Putinlə danışıqlardan sonra deyib.

"Biz dostum Putinlə təmaslarımızı davam etdirəcəyik, ölkələrimizin müvafiq qurumları da təmasda qalacaqlar", - Türkiyə lideri əlavə edib.