Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 5 mart – Sputnik. Konstitusiya Məhkəməsi VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib.
Sputnik Azərbaycan xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
İclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılıb.